Bayram günlərində maqnit qasırğası gözlənilir?

Bayram günlərində Azərbaycanda geomaqnit şəraitin əsasən sabit olacağı proqnozlaşdırılır.

Nov 6, 2026 - 11:51
Bayram günlərində maqnit qasırğası gözlənilir?

SAVASHMEDİA.az-a bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən məlumat verilib.

Bildirilib ki, noyabrın 12-dək geomaqnit sahəsinin normal fon səviyyəsində qalacağı, orta coğrafi enliklərdə isə sakit şəraitin hökm sürəcəyi gözlənilir.

Geomaqnit qasırğalarının intensivliyini 10 ballıq sistem üzrə ölçən Kp əmsalının noyabrın 9-10-da 4-3, 11-12-də isə 3-2 intervalında olacağı ehtimal edilir. Yüksək coğrafi enliklərdə bu göstəricinin 4-5 arasında dəyişəcəyi bildirilir.

Proqnoza əsasən, noyabrın 9-dan 12-dək Azərbaycan da daxil olmaqla orta coğrafi enliklərdə geomaqnit sahəsi əsasən sabit və ya zəif həyəcanlanmış vəziyyətdə olacaq.

Qeyd olunub ki, göstərilən müddətdə Yer kürəsində güclü və ya dağıdıcı geomaqnit qasırğasının başvermə ehtimalı olduqca aşağıdır. 

Banu