İcra başçısının qohumu TOYDA VƏFAT ETDİ - FOTO
Kürdəmirdə iş adamı qəfil vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə toyda qeydə alınıb.
Belə ki, rayon ərazisində yerləşən şadlıq saraylarının birində keçirilən toyda iştirak edən 47 yaşlı iş adamı Vüqar Nağıyev özünü pis hiss edib və anidən həyatını itirib.
Mərhumun ürək çatışmazlığından vəfat etdiyi bildirilir
Vüqar Nağıyevin Lənkəran rayonunun icra başçısı Taleh Qaraşovun dayısı oğlu olduğu bildirilir.
Mərhum Kürdəmirdə və ətraf rayonlarda bir sıra ticarət mərkəzlərinin sahibi idi.
Aytən
Fotoda Vüqar Nağıyev