Futbolçunun atası dənizdə boğuldu - Sumqayıtda

Sumqayıtda dənizdə bədbəxt hadisə baş verib.

Jul 20, 2025 - 19:57
Futbolçunun atası dənizdə boğuldu - Sumqayıtda

SAVASHMEDİA.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində Xəzər dənizi sahilində qeydə alınıb.

Məlumata görə, 1971-ci il təvəllüdlü Asif Muxtarov dənizdə çimərkən batıb.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Asif Muxtarov keçmiş futbolçu Nicat Muxtarovun atasıdır. N. Muxtarov "Sumqayıt" klubunda çıxış edib.