Ərdoğan yenə namizəd olacaq - Müşavirindən AÇIQLAMA
Türkiyə prezidentinin müşaviri Mehmet Üçlum Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Konstitusiyaya dəyişiklik etmədən daha bir müddətə namizəd ola biləcəyini deyib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, o, Ərdoğanın yenidən seçkilərdə iştirakı üçün yeni Konstitusiyanın qəbuluna və ya hazırkı Konstitusiyaya dəyişikliklərin edilməsinə ehtiyac olmadığını deyib.
“2027-ci ilin üçüncü rübünün sonunda və ya 2028-ci ilin əvvəlində parlament ən azı 360 səs çoxluğu ilə növbədənkənar seçkilərin keçirilməsinə qərar verərsə və prezident Ərdoğan buna razı olarsa, o, sonuncu dəfə namizədliyini irəli sürə biləcək”, - deyə müşavir izah edib.
Oğuz