Putin Paşinyana zəng edib ad gününü TƏBRİK ETDİ - Danışığın MƏTNİ
Kreml Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığının baş tutduğunu açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, söhbət zamanı tərəflər mayın 29-da Qazaxıstanın paytaxtı Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasının yekunlarına dair fikir mübadiləsi aparıblar.
Məlumata görə, Vladimir Putin Nikol Paşinyanı ad günü münasibətilə də təbrik edib və ona xoş arzularını çatdırıb.
Xatırladaq ki, Astanada keçirilən Avrasiya İqtisadi İttifaqının Ali Şurasının son toplantısında Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan liderləri Ermənistanın təşkilatdakı gələcək kursu ilə bağlı mövqelərini ortaya qoyublar.
Qəbul edilən bəyanatda rəsmi İrəvana Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim məsələsini referendum yolu ilə qısa müddətdə dəqiqləşdirmək çağırışı yer alıb.
Oğuz