Britaniyanın baş nazirindən Zelenskiyə gecə zəngi - "Müharibə vaxtı nə seçki?"

Böyük Britaniyanın baş naziri Key Starmer Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edib.

Feb 20, 2025 - 01:46
Britaniyanın baş nazirindən Zelenskiyə gecə zəngi - "Müharibə vaxtı nə seçki?"

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Britaniya baş nazirinin ofisi məlumat yayıb.

Söhbət zamanı Starmer demokratik yolla seçilmiş lider kimi Zelenskiyə dəstəyini ifadə edib.

“Baş nazir bu gecə prezident Zelenski ilə danışıb və hamının birlikdə işləməsinin vacibliyini vurğulayıb. Baş nazir prezident Zelenskini demokratik yolla seçilmiş lider kimi dəstəklədiyini bildirib və deyib ki, müharibə zamanı seçkilərin təxirə salınması tamamilə məqsədəuyğundur və Böyük Britaniya bunu İkinci Dünya Müharibəsi zamanı edib”, - məlumatda deyilir.

Baş nazir ABŞ-ın Ukraynada uzunmüddətli sülhə nail olmaq üçün göstərdiyi səyləri dəstəklədiyini bir daha bəyan edib.

Oğuz