Ərəb deputata hücum edən yəhudilər niyə "boz qurd" işarəsi göstərdilər? + VİDEO
İsraildə ərəb əsilli millət vəkilinə hücum edilib.
SAVASHMEDİA.az “Times of Israel”ə istinadən xəbər verir ki, millət vəkili Ayman Odeh müharibə əleyhinə aksiyaya qatılmaq üçün Nes-Ziondaya gedərəkən avtomobili bir qrup israilli sağçı tərəfindən saxlanılıb.
Sağçılar A.Odehə “terrorçu” deyərək, əl işarələri ilə təhqir edib və “ərəblərə ölüm” şüarları səsləndiriblər. Onlar deputatın avtomobilinin şüşəsini sındırıblar. Polis hadisəyə müdaxilə edib. Maşına zərər verən 3 nəfər saxlanılıb.
Ayman Odeh isə “X” sosial şəbəkəsindəki paylaşımda Ben Gvir polisini günahlandırıb:
“Bizi aksiyaya qatılacağımız təqdirdə hücumla təhdid edirdilər. Geri addım atmadıq. Mən və köməkçilərim onlarla sağçının daş və zopa ilə hücumuna məruz qaldıq. Avtomobilimizi dövrəyə aldılar, pəncərələri qırdılar, “ərəblərə ölüm” şüarı səsləndirdilər. Ben Gvir polisi isə heç bir şey etmədi. Bir nəfər belə saxlanılmadı. Səssiz qalmayacağıq. Faşizmə susmayacağıq. Biz ərəblər və yəhudilər birlikdə mübarizə aparacaq və faşizmi məğlub edəcəyik”.
Maraqlıdır ki, ərəb əsilli deputatın avtomobilinə hücum edən israillilərin bəziləri türkçülüyün simvolu olan "boz qurd" işarəsi göstəriblər. Onların bununla Türkiyədəki milliyyətçilərin İsrailə düşmən münasibətdə olduğuna etiraz olaraq ərəb deputatı aşağıladıqları güman edilir.
Banu
Həmin görüntüləri təqdim edirik: