İrana səyahət etməyin, risklidir... - Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına yeni eskalasiya mərhələsi riski ilə əlaqədar müvəqqəti olaraq İrana səyahət etməkdən çəkinməyi tövsiyə edir.

Nov 5, 2026 - 19:10
İrana səyahət etməyin, risklidir... - Rusiya XİN

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib:

"İran ətrafında yeni eskalasiya riskinin davam etməsi nəzərə alınmaqla, Rusiya vətəndaşlarına tövsiyələrimiz dəyişməz olaraq qalır. Vəziyyət həll olunana qədər müvəqqəti olaraq həmin ölkəyə səyahət etməkdən çəkinməyi tövsiyə edirik", - o bildirib.

Zaxarova əlavə edib ki, İranda olan Rusiya vətəndaşlarından sayıqlıq göstərmələri və izdihamdan, ictimai tədbirlərdən, hərbi obyektlərdən uzaq olmaları xahiş edilir: "Rusiya tərəfi vəziyyətin inkişafını yaxından izləyir və İrandakıları da eyni şeyi etməyə çağırır".