İsmail Kartal “Traktor” klubunda? - Danışıqlar başladı

Türkiyənin “Fənərbaxça” klubundan ayrılan İsmail Kartal baş məşqçi karyerasını İranda davam etdirə bilər.

Nov 5, 2026 - 17:43
İsmail Kartal “Traktor” klubunda? - Danışıqlar başladı

SAVASHMEDİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Təbrizin “Traktor” klubu təcrübəli mütəxəssisə rəsmi təklif göndərib. 

65 yaşlı mütəxəssis təklifə müsbət yanaşıb və tərəflər arasında danışıqlar başlayıb. Lakin İsmail Kartalın son qərarını hələ vermədiyi bildirilir.

Qeyd edək ki, İ.Kartal bundan əvvəl də İranın “Persepolis” komandasını çalışdırıb. O,  2025-ci il yanvarın 27-dən mövsümün sonuna qədər “Persepolis”in baş məşqçisi olub.

Banu