Prezident bu şəxslərə ali hərbi rütbələr verdi - ADLAR

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Nov 7, 2026 - 13:44
Prezident bu şəxslərə ali hərbi rütbələr verdi - ADLAR

SAVASHMEDİA.az xəbər verir ki, Sərəncama əsasən Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova

“general-mayor” hərbi rütbəsi

polkovnik Elnur Əli oğlu Ələsgərliyə

polkovnik Hikmət Rövşən oğlu Əliyevə

polkovnik Telman Əsgər oğlu Hüseynova.