Sumqayıtda atalarını öldürən oğlanların nənəsi danışdı - "Çox içirdi" + VİDEO

Sumqayıtda tükürpədici hadisənin təfərrüatı məlum olub.

Jul 23, 2025 - 01:45
Sumqayıtda atalarını öldürən oğlanların nənəsi danışdı - "Çox içirdi" + VİDEO

SAVASHMEDİA.az “den.az”-a istinadla xəbər verir ki, 44 yaşlı Aslan Bədirovun döyülərək xəstəxanaya yerləşdirilməsi daha sonra isə orada ölməsi barədə polisə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 17 və 16 yaşlı iki nəfər müəyyən olunaraq saxlanılıb.

Mərhumun qonşuları isə hadisənin şokunu yaşayır. Onların sözlərinə görə, atalarını döydüklərinə görə saxlanılan gənclər çox tərbiyəli və mehriban olublar. Sadəcə son vaxtlar ailədə tez tez söz -söhbət olurmuş.

Mərhumun qaynanası isə bildirib ki, Aslan Bədirov son illər içkiyə qurşanıbmış. Sonuncu dəfə isə oğlanları ona öz iradlarını bildiriblər. Ata isə onlara qulaq asmayaraq yenidən axşam saatlarında pivə içməyə gedib. Oğlanları Aslan Bədirovun araxasınca gedəndə hadisə baş verib.