Masazırda öldürülən xalaqızıları ilə bağlı HƏR ŞEY - Qatil birinin sevgilisi olub + DETALLAR

Masazır qəsəbəsində iki qadının qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Apr 11, 2026 - 15:22
Masazırda öldürülən xalaqızıları ilə bağlı HƏR ŞEY - Qatil birinin sevgilisi olub + DETALLAR

SAVASHMEDİA.az xəbər verir ki, öldürülən Pərişan Süleymanova və Nuranə İsgəndərli xalaqızıdır.

Məlumata görə, Nuranə İsgəndərli Xırdalan şəhərində yaşayıb, 15-20 gün olar Masazır qəsəbəsinə köçübmüş.

Qətli törədən şəxs isə Nuranə ilə qeyri-rəsmi münasibətdə yaşayıb. Onun əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edildiyi bildirilir. O, bir müddət əvvəl azadlığa çıxıb və Nuranə İsgəndərli ilə tanış olub. Bundan sonra isə həmin şəxs Nuranə ilə birlikdə Masazır qəsəbəsində kirayə tutduqları mənzilə köçüb.

Həmin vaxta qədər Nuranə İsgəndərli Xırdalanda xalası qızı Pərişan Süleymanova ilə birlikdə yaşayırmış. 

Hadisədən əvvəl Nuranənin həmin şəxslə mübahisəsi olub, bundan sonra o, Xırdalan şəhərində yaşayan xalası qızı Pərişan Süleymanovanı köməyə çağırıb.

Bundan sonra Nuranə İsgəndərli həmin şəxs tərəfindən boğazı kəsilərək öldürülüb. Qatil daha sonra qohumunun köməyinə gələn Pərişan Süleymanovaynı 15 bıçaq zərbəsi endirməklə qətlə yetirib və hadisə yerindən qaçıb.

Qətli törədən şəxsin narkotik aludəçisi olduğu da deyilir. Qonşuların sözlərinə görə, o, qətl törədilən evə həftədə iki-üç dəfə gəlib-gedirmiş.

Aytən