Ceyhun Bayramovun əmisi oğlu vəfat etdi - FOTO
Xarici işlər naziri Ceyhun Bayramova itki üz verib.
SAVASHMEDİA.az xəbər verir ki, nazirin əmisi oğlu Vidadi Abbasoğlu Bayramov dünyasını dəyişib.
Onun bir müddətdir səhhətində yaranan problemlərdən əziyyət çəkdiyi bildirilir.
V.Bayramov Şəmkir şəhər qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, mərhum uzun illər Şəmkir şəhərində yerləşən Nəriman Nərimanov adına tam orta məktəbin direktoru vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!
Fotoda Vidadi Bayramov