Əfsanəvi pilotun nəticəsi agent elan edildi
Rusiya sovet dövrünün əfsanəvi pilotu Valeri Çkalovun nəticəsi Darya Boqdanovanın adını terrorçu və ekstremistlər siyahısına daxil edib.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumat “Rosminmonitoring”in saytında yer alıb.
Aprel ayında Boqdanovaya qarçı terrorizmə çağırışlara görə (CM-nin 205.2-ci maddəsinin 2-ci hissəsi) cinayət işi açılıb. Buna səbəb Boqdanovanın sosial şəbəkələrdə Rusiya ordusu haqqında mənfi fikirlərlə dolu postları olub.
Üstəlik, hüquq-mühafizə orqanları onun moskvalılar və hava hücumu xəbərdarlığı haqqında Ukrayna kanalına müsahibəsinə də diqqət çəkib. Bundan sonra o, axtarışda elan edilib.
Rusiya Ədliyyə Nazirliyi iyul ayında Boqdanovanın adını “xarici agentlər” reyestrinə daxil edib.
Daria Boqdanova Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz təyyarələrin və digər əşyaların alınması üçün vəsait toplayan “Freedom Birds for Ukraine” (“Ukrayna üçün azadlıq quşları”) hərəkatının fəalıdır.
Təşkilatın saytında Boqdanovanın Belçikanın Leven şəhərində yaşadığı bildirilib. O, Ukraynada müharibə başlayandan bəri dəfələrlə Rusiya hakimiyyətini tənqid edib.
Xatirə SADİQ