Zərdüşt Əlizadəyə ağır İTKİ

Tanınmış politoloq Zərdüşt Əlizadəyə ağır itki üz verib.

Nov 1, 2026 - 18:29
Zərdüşt Əlizadəyə ağır İTKİ

SAVASHMEDİA.az xəbər verir ki, onun bacısı, Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin dosenti, filologiya elmləri namizədi Nüşabə Əlizadə vəfat edib.

Qeyd edək ki, Nüşabə Əlizadə BDU-nun Şərqşünaslıq fakültəsini bitirdikdən sonra AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda elmi fəaliyyət göstərib. O, 1993-cü ildən BDU-nun İran filologiyası kafedrasının dosenti vəzifəsində çalışıb, çoxsaylı elmi məqalə və monoqrafiyaların müəllifi olub.​