Azərbaycanın bu rayonunda zəlzələ oldu

Bu gün saat 21:29-da Quba rayonunda 3,5 maqnitudalı zəlzələ baş verib.

Feb 21, 2025 - 22:29
Azərbaycanın bu rayonunda zəlzələ oldu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Quba seysmoloji stansiyasından 20 km cənubda qeydə alınıb. Zəlzələ ocağı 39 kilometr dərinlikdə yerləşdiyindən təbii hadisə hiss olunmayıb.