"Sən üç il nə etdiyini bilməyən Baydenlə danışdın, hanı nəticə?" - Trampdan Zelenskiyə hücum

Ukrayna prezidenti Vladimir Zelenskinin müharibəni bitirmək üçün ruslarla danışıqlarda şəxsən iştirak etməsinə ehtiyac yoxdur.

Feb 21, 2025 - 21:35
"Sən üç il nə etdiyini bilməyən Baydenlə danışdın, hanı nəticə?" - Trampdan Zelenskiyə hücum

SAVASHMEDİA.az xəbər verir ki, bunu Amerika prezidenti Donald Tramp deyib.

“O, Səudiyyə Ərəbistanında keçirilən görüşdə olmadı, indi isə şikayətlənir. Yaxşı, o, nə etdiyini bilməyən bir prezidentlə (ABŞ-ın əvvəlki prezidenti Co Bayden nəzərdə tutulur -red) üç il ərzində görüşlərdə idi. Üç il idi ki, iclaslarda idi və heç nə alınmamışdı. Ona görə də onun danışıqlarda olmağının vacib olduğunu düşünmürəm”, - Donald Tramp Fox News radiosunda deyib.

“Hər dəfə deyirəm ki, müharibə Rusiyanın günahı deyil, sonradan isə yalançı medianın hücumuna məruz qalıram. Amma sizə deyirəm ki, Bayden səhv sözlər deyib, Zelenski yanlış sözlər deyib. Onlara daha böyük və daha güclü birisi hücum etdi, bu pisdir və edilməməlidir, lakin Rusiya ilə danışıb müharibənin qarşısını almaq olardı”, - Tramp bildirib.

Tramp həmçinin “Putinlə çox yaxşı danışıqlar apardığını” deyib və əlavə edib ki, o, “Ukrayna ilə danışıqlar o qədər də yaxşı nəticələnməyib”. 

Bununla belə, Tramp Kiyevin yalnız bəyanatlarda sərt ola biləcəyini, reallıqda isə heç nə edə bilməyəcəyini deyib.

Oğuz