Putin Pezeşkiana başsağlığı verdi: “Hücumları pisləyirik”
Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkiana zəng edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiya lideri İsrailin hücumları nəticəsində həyatını itirənlərlə bağlı İran prezidentinə və xalqına başsağlığı verib. Putin bildirib ki, Rusiya İsrailin BMT Nizamnaməsini və beynəlxalq hüququ pozan hərəkətlərini pisləyir.
Pezeşkian isə öz növbəsində İsrailin hücumlarını beynəlxalq normaların açıq-aşkar pozulması adlandırıb və mütləq layiqli cavab alacağını bildirib. O əlavə edib ki, İran nüvə silahı yaratmağa can atmır və buna zəmanət verməyə hazırdır.
Banu