Zelenski sabah Türkiyəyə gedəcək

Ukrayna Prezidenti Volodimir Zelenski sabah Türkiyəyə rəsmi səfər edəcək.

Nov 18, 2025 - 12:35
Zelenski sabah Türkiyəyə gedəcək

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz sosial şəbəkə hesabında məlumat yayıb.

V.Zelenski səfərin məqsədini də açıqlayıb:

“Danışıqların aktivləşdirilməsi üçün tərəfdaşlarımıza təklif edəcəyimiz həll yollarımız var. Var gücümüzlə müharibənin sonunun yaxınlaşmasına çalışırıq. Ukrayna üçün bu, birinci prioritetdir”.

Zelenski bildirib ki, keçirilən görüşlər çərçivəsində əsir mübadiləsinin bərpası üçün də çalışacaqlar.

Banu