“İlham Əliyevi qiymətləndirməməsi Putinin şəxsi səhvidir” - Ramiz Yunus
“Rusiya prezidenti Vladimir Putinin şəxsi səhvi ondan ibarətdir ki, o, Azərbaycan Prezidenti İlham Əliyevi lazımı qədər qiymətləndirə bilməyib”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu amerikalı politoloq Ramiz Yunus ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində deyib.
Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin arxasında 10 milyonluq Azərbaycan dayanır. “Siz gördünüz, iki ildən az müddətdə Qarabağda nələr baş verir, necə infrastruktur var. Hava limanları, tunellər, magistral yollar, mehmanxanalar, qaçqınların geri qaytarılması – bütün bunları müasir Azərbaycan həyata keçirir. Bakı şəhərini isə siz öz gözlərinizlə gördünüz”, - deyə Ramiz Yunus vurğulayıb.
Bu məqamda bu yaxınlarda 3-cü Beynəlxalq Şuşa Media Forumunda iştirak etmiş Dmitri Qordon “İnanılmazdır” cavabını verir.
Ramiz Yunus nəzərə çatdırıb ki, Moskva heç bir zaman Azərbaycanın zəfərə nail olmasını istəməyib.
“Siz sadə insanlarla ünsiyyətdə oldunuz, gördünüz ki, sizə necə münasibət bəsləyirlər. Məhz sizin vasitənizlə [Azərbaycan xalqının sevgisi] Ukrayna xalqına çatdırıldı. Siz [Ukrayna dövləti] bu gün cəbhə xəttində dayanırsınız. Biz nəyi bacardıqsa, siz bu gün həmin yolla gedirsiniz. Sizə bu qanla verilir. Bizə də bu qanla verilmişdi. İki müharibə ilə. Biz buna Moskvanın istədiyi üçün nail olmadıq. Moskvaya rəğmən!”.
Xatirə SADİQ