Tramp təsdiqlədi – “Qatılacağam”

ABŞ prezidenti Donald Tramp avropalı liderlərlə birgə onlayn sammitdə iştirak edəcəyini təsdiqləyib.

Aug 13, 2025 - 16:38
Tramp təsdiqlədi – “Qatılacağam”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə amerikalı prezidnet “Truth” sosial şəbəkəsində yazıb. 

“Bir azdan Avropa liderləri ilə danışacağam. Onlar sazişin bağlanmasını istəyən əla insanlardır”, - deyə Tramp vurğulayıb. 

“Politiko” isə bu arada Tramp-Putin görüşü öncəsi Ukraynanın tələblərini dərc edib.

Nəşr iddia edib ki, Ukrayna prezidenti Volodimir Zelenski və əsas avropalı müttəfiqlər bu gün ABŞ prezidenti Donald Trampla onlayn sammitdən istifadə edərək “qırmızı xətlərini” müəyyənləşdirəcəklər.

“Politico” nəşrinin iddiasına görə, Ukraynanın tələblərinə potensial ərazi məsələlərinin yalnız atəşkəsdən sonra və əgər  Kiyev sonda yekun razılaşma çərçivəsində hansısa güzəştə getməli olacağı təqdirdə müzakirə olunması; dəymiş ziyana görə Rusiya Federasiyasının təzminat ödəməsi, təhlükəsizlik təminatı, hərbi əsirlərin və 20 min oğurlanmış uşağın Ukraynaya qautarılması, Rusiyaya qarşı sanksiyaların saxlanılması daxildir.

Xatirə SADİQ