Aİ liderlərindən Tramp-Putin görüşünü şərh etməmək istənilib
Böyük Britaniya məmurları Avropa İttifaqı (Aİ) liderlərini ABŞ prezidenti Donald Tramp və Putin arasında keçiriləcək Alyaska danışıqları ilə bağlı “zərərli daimi şərhləri” dayandırmağa çağırıblar.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “The Telegraph” iddia edir.
Nəşr qeyd edir ki, bu liderlər sırasına Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Aİ-nin baş diplomatı Kaya Kallas daxildir.
Britaniyalı məmurlar Aİ liderlərinə xəbərdarlıq edirlər ki, ictimai tələblər Trampı “qıcıqlandıra” bilər. Onlar ehtiyatlanırlar ki, ABŞ prezidentinə qarşı ictimai tələblər irəli sürmək əks nəticə verə bilər və onun Avropanı ümumiyyətlə danışıqlardan tamamilə kənarlaşdırmasına gətirib çıxarar.
Nəşr qeyd edir ki, Böyük Britaniyanın baş naziri Kir Starmer avqustun 9-da birgə müraciətdən sonra danışıqlarla bağlı heç bir açıqlama verməyib, “pərdəarxası” təsir yolunu seçib.
Dauning Strit nümayəndələri artıq çoxdan özəl söhbətlərdə vurğulayırlar ki, Trampa təsir göstərməyin ən yaxşı yolu tələblərlə ictimai təzyiq göstərmək deyil, kuluarlara çıxış və təsirdir.
Xatirə SADİQ