Helsinki Fondu arzuolunmaz təşkilat elan olundu - Rusiyada
Polşada qeydiyyatda olan İnsan Haqları üzrə Helsinki Fondu Rusiyada “arzuolunmaz” təşkilat elan edilib.
SAVASHMEDİA.az bu barədə “AzadlıqRadiosu”na istinadən xəbər verir.
Məlimata görə, fondun əməkdaşları Avropa İttifaqı (Aİ) ölkələrində, Mərkəzi Asiya və Qafqaz regionunda insan hüquq və azadlıqlarının müdafiəsi üçün çalışırlar.
Rusiya Baş Prokurorluğu iyulun 25-də fondu “arzuolunmaz təşkilat” elan edib. Fond bu gün Ədliyyə Nazirliyinin açıqladığı “arzuolunmaz təşkilatlar” siyahısında yer alıb.
Xatirə SADİQ