Gürcü caz ulduzu məhkəməyə himni oxuyaraq daxil oldu

Gürcüstanın caz ulduzu Nino Katamadze nümayişlərin keçirilməsi qaydalarını pozmaqda ittiham olunur.

Feb 10, 2025 - 14:54
Gürcü caz ulduzu məhkəməyə himni oxuyaraq daxil oldu

SAVASHMEDİA.az bu barədə gürcü KİV-nə istinadən xəbəbr verir.

Kutaisidə hakimin evinin yaxınlığında keçirilən etiraz aksiyasının doqquz iştirakçısı üçün polis inzibati xəta haqqında protokol tərtib edib. Bu etiraz aksiyası yanvarın 26-da Kutaisi Apellyasiya Məhkəməsinin istintaq kollegiyasının sədri Malxaz Okropiraşvilinin evi qarşısında keçirilib. Aksiya iştirakçıları bununla jurnalist Mzia Amaqlobelinin işi üzrə apellyasiya şikayətinə baxılmasından imtinaya cavab veriblər. 

Katamadzedən başqa, bir qrup jurnalist, pedaqoq, psixoloq, yerli deputat və ictimai fəallar barədə protokollar tərtib edilib. Onların hamısını cərimə və ya inzibati həbs gözləyir.

Fevralın 10-da Kutaisi şəhər məhkəməsində baş tutan iclas zamanı təqsirləndirilən şəxslər zala daxil olarkən Nino Katamadze Gürcüstanın himnini oxuyub. 

Xatirə SADİQ