ABŞ-dən  Avropaya çağırış - “Hindistana təzyiqlərə qoşulun”

Birləşmiş Ştatlar Avropa ölkələrindən Hindistana ABŞ-dakı kimi sanksiyalar tətbiq etməyi, o cümlədən bütün neft və qaz tədarükünün tamamilə dayandırılmasına razılıq verməyi xahiş edib.

Sep 1, 2025 - 12:21
ABŞ-dən  Avropaya çağırış - “Hindistana təzyiqlərə qoşulun”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb. 

Nəşrin məlumatına görə, Tramp administrasiyası həmçinin ABŞ kimi Avropanın da Hindistandan gələn mallara əlavə rüsumlar tətbiq etməsini istəyir.

Ağ Ev nümayəndələri hesab edirlər ki, bəzi Avropa liderləri açıq şəkildə Donald Trampın Ukraynadakı münaqişəyə son qoymaq səylərini dəstəkləyir, lakin gizli şəkildə Alyaskada keçirilən ABŞ-Rusiya sammitinin nəticələrini “yoxa çıxarmağa” çalışırlar. 

“Avropalılar bu müharibəni uzada bilməz və eyni zamanda Amerikanın xərcləri öz üzərinə götürməsini hesablamaqla əsassız gözləntilərə bəraət qazandıra bilməz”, - deyə Ağ Evin adı açıqlanmayan yüksək vəzifəli məmuru nəşrə bildirib.

Avqustun 27-də ABŞ-nin Hindistandan idxala 25 faiz əlavə rüsumları qüvvəyə minib. Hindistan üçün bu nisbət indi 50 faizdir. Ağ Ev tariflərin tətbiqini Nyu Dehlinin Moskvadan neft alması və bununla da dolayısı ilə Ukraynada hərbi əməliyyatların davam etdirilməsinə sponsorluq etməsi ilə izah edib. 

Xatirə SADİQ