ABŞ vitse-prezidenti İtaliya səfərinə hazırlaşır
ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens aprelin 18-dən 20-dək Romaya səfər etməyi planlaşdırır.
SAVASHMEDİA.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu səfər Avropa ilə ABŞ arasında münasibətlərin pisləşməsi fonunda baş verəcək.
Agentliyin məlumatına görə, amerikalı vitse-prezident İtaliyanın baş nazirinin müavini Matteo Salvininin yaxın dostu hesab olunur.
“Bloomberg” onu da vurğulayır ki, bəzi avropalı məmurların nəzərində Vens Avropanın düşməninə çevrilib. Onun Avropa İttifaqına münasibəti Avropa ilə ABŞ arasındakı parçalanmanı daha da gərginləşdirə bilər.
Xatirə SADİQ