Trampın elçisi Moskvaya gəldi
Moskvaya səfər edən ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Kremlə gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, Uitkoff Kremlə gəlməmişdən öncə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevlə birlikdə Zaryadyedəki “Vosxod” restoranına yollanıb.
Sonra xüsusi elçinin nümayəndə heyəti avtomobilə minərək parkı tərk edib və Uitkoffun korteji Kremlə yola düşüb.
ABŞ prezidentinin xüsusi elçisi danışıqlardan əvvəl Kremlin təbliğatçılarına gözləntilərini deməyib.
Xatirə SADİQ