Ukrayna ərazisindəki döyüşdə 6 Çin vətəndaşı iştirak edib – Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski iki Çin vətəndaşının əsir götürülməsi ilə bağlı jurnalistlərə məlumat verib. 

Apr 8, 2025 - 17:34
Ukrayna ərazisindəki döyüşdə 6 Çin vətəndaşı iştirak edib – Zelenski

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu, Ukraynanın dövlət başçısının brifinqində baş verib. 

Zelenskinin sözlərinə görə, çinli əsirlərin ələ keçirilməsi Dönetsk vilayətinin Tarasovka və Beloqorovka əraziləri yaxınlığında baş verib.

O, bildirib ki, döyüşlərdə altı Çin vətəndaşı iştirak edib, onlardan ikisi əsir götürülüb. “Sənədlər, pasportlar və hətta kredit kartları var. Bunlar Çin vətəndaşlarıdır. Düşünürəm ki, bu, mühüm siqnaldır və ABŞ bu gün baş verənlərə daha çox diqqət yetirməlidir”, - deyə Zelenski əlavə edib. 

Ukrayna prezidenti nəzərə çatdırıb ki, Şimali Koreya qoşunları Ukraynaya qarşı Rusiyanın Kursk istiqamətində savaşa cəlb olunmuşdusa, Çin qoşunları birbaşa Ukrayna ərazisində döyüşür.

Xatirə SADİQ