Zelenski ruslar tərəfdən döyüşən çinlilərin videosunu paylaşdı - Əsir düşüblər
Ukrayna hərbçiləri Rusiya tərəfindən döyüşən iki Çin vətəndaşını əsir götürüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu məlumatı və videonu Ukrayna prezidenti Volodimir Zelenski öz “telegram” kanalında paylaşıb.
Prezidentin sözlərinə görə, bu, Donetsk vilayətində baş verib. Bu məhbusların sənədləri, bank kartları, şəxsi məlumatları var.
“İşğalçının bölmələrində ikidən çox belə Çin vətəndaşının olması barədə məlumat var. Hazırda bütün faktları müəyyənləşdiririk. Kəşfiyyat, Ukrayna Təhlükəsizlik Xidməti və Silahlı Qüvvələrin müvafiq bölmələri işləyir. Mən Ukraynanın xarici işlər nazirinə göstəriş vermişəm ki, dərhal Pekinlə əlaqə saxlasın və Çinin buna necə cavab verməyə hazırlaşdığını dəqiqləşdirsin”, - deyə Zelenski vurğulayıb.
Prezident əlavə edib ki, Rusiyanın birbaşa və ya dolayısı ilə Çini Avropadakı bu müharibəyə cəlb etməsi Putinin müharibəni bitirməkdən başqa hər şeyi edəcəyinə dair aydın siqnaldır.
“O, savaşı davam etdirmək üçün yol axtarır. Buna mütləq reaksiya lazımdır. ABŞ, Avropa və dünyada sülh istəyən hər kəsin reaksiyası”, - deyə Zelenski yekunlaşdırıb.
Xatirə SADİQ