İranda üç günlük matəm elan olundu

İranda baş verən iğtişaşlar nəticəsində çox sayda təhlükəsizlik qüvvəsi əməkdaşının ölümü ilə bağlı üç günlük milli matəm elan olunub.

Jan 12, 2026 - 00:25
İranda üç günlük matəm elan olundu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

"İran Prezidenti vətənin əziz övladlarının itkisindən dərin kədər hissi keçirərək Nazirlər Kabineti ilə birlikdə şəhidlərin matəminə qatılır və əziz İran xalqını bazar ertəsi günü keçiriləcək milli müqavimət yürüşünə dəvət edir", - məlumatda bildirilib.

Aytən