Kiyev Vaşiqtondan cavab tələb etdi
Kiyev silah tədarükünün mümkün dayandırılması ilə bağlı yayılan xəbərlərdən sonra ABŞ ilə telefon danışıqları tələb edib.
SAVASHMEDİA.az “AzadlıqRadiosu”na istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Nazirlikdən bildirilib ki, Kiyev razılaşdırılmış müdafiə yardımının çatdırılması üçün qrafiklərin dayandırılması və ya yenidən nəzərdən keçirilməsi ilə bağlı rəsmi mesajlar almayıb.
“Razılaşdırılmış müdafiə yardımının təmin edilməsində davamlılığı, davamlılığı və proqnozlaşdırıla bilənliyi, xüsusən də hava hücumundan müdafiənin gücləndirilməsi sahəsində təmin etmək vacibdir,”, - bəyanatda deyilir.
Bundan başqa, Ukrayna Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin Kiyevdəki müvəqqəti işlər vəkili Con Hinkeli quruma çağırıb. Əsas müzakirə mövzusu Rusiyanın davam edən hərbi təcavüzü fonunda Vaşinqtonun hərbi yardımı olub.
Qeyd edək ki, Amerika KİV-ləri mənbələrə istinadla ABŞ-nin Ukraynaya bir sıra silahların, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemi üçün onlarla raketin tədarükünü dayandırdığını bildirib. Buna səbəb ABŞ-nin öz hərbi ehtiyatlarının azaldılması ilə bağlı narahatlıq olub.
Xatirə SADİQ