Almaniya kansleri Putinlə danışmağa hazırlaşmır 

Almaniya kansleri Fridrix Merts hələlik Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı planlaşdırmır. 

Jul 2, 2025 - 17:35
Almaniya kansleri Putinlə danışmağa hazırlaşmır 

SAVASHMEDİA.az xəbər verir ki, bunu jurnalistlərə alman hökumətinin mətbuat katibi Stefan Kornelius Fransa prezidenti Emmanuel Makronun Putinlə dünənki söhbətini şərh edərkən deyib.

Onun sözlərinə görə, Makron alman kanslerini Putinlə telefon danışığı barədə məlumatlandırıb: “Fransa tərəfi bizi eləcə də danışıqların nəticələri barədə məlumatlandırdı”.

Sözçü qeyd edib ki, həmin söhbətin mövzularından biri də İranın nüvə proqramı olub: “Biz bu addımı təfərrüatı ilə qiymətləndirmirik”.

Xatirə SADİQ