Makronun impiçmenti baş tutmadı

Fransa Milli Assambleyasının Qanunvericilik Komissiyası ölkə prezidenti Emmanuel Makronun impiçmenti təklifini rədd edib. 

Oct 2, 2024 - 17:46
Makronun impiçmenti baş tutmadı

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın “BFMTV” telekanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, 15 deputat Makronun impiçmentini dəstəkləyib, 54 deputat isə təşəbbüsün əleyhinə çıxıb.

Qeyd edək ki, bu təşəbbüs sol partiyası olan “Tabe olmayan Fransa”nın deputatları tərəfindən irəli sürülmüşdü. Təşəbbüsə əsasən, hazırkı prezident Fransa Konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq dövlət başçısı kimi rəsmi vəzifələrini yerinə yetirmədiyinə görə hakimiyyətdən getməlidir.

Hazırda Makronun reytinqi son 6 ildə rekord səviyyədə aşağı düşüb. 

Xatirə SADİQ