“Paşinyan elə deməyib, o deyib ki...” – Ararat Mirzoyan
“Düşünürəm ki, bizim hamımıza daha ehtiyatlı olmaq lazımdır”.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ehtimalını şərh edərkən deyib.
O, Varşava Təhlükəsizlik Forumunda bildirib ki, bütün riskləri diqqətlə hesablamaq lazımdır, çünki sabitlik prioritet olaraq qalmalıdır.
Qeyd edək ki, bundan öncə Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-dən çıxacağını bildiririb.
Bir qədər sonra isə Mirzoyan onun bu bəyanatını “Paşinyan dedi ki, nə vaxt müvafiq qərar qəbul ediləcəyini ölkə müəyyənləşsdirəcək” kimi qələmə vermişdi.
Xatirə SADİQ