İsrail BMT-nin Baş katibini persona-non-qrata elan etdi
İsrail BMT-nin baş katibi Antonio Quterreşi persona-non-qrata elan edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
İsrailin xarici işlər naziri İsrael Katsın bəyanatına istinadən verilən məlumatda deyilir ki, İsrail hakimiyyəti bu qərarı Quterreşin İranın raket hücumunu “ikibaşlı pisləməsində”ki “bacarıqsızlığını” nəzərə alaraq verib.
Qeyd edək ki, ötən gecə İran yəhudi dövlətinin ərazisinə 180-dən çox raket atıb. Nəticədə bir nəfər həlak olub, iki nəfər yaralanıb.
İsrail ordusunun baş qərargahı hücuma cavab üçün “vaxt ayıracağını” və “təəccübləndirəcəyini” bəyan edib.
İranın ali dini lideri Ayətullah Əli Xamenei isə ivrit dilində İsrailə hücumların daha da genişlənəcəyi barədə xəbərdarlıq edib.
Xatirə SADİQ