Alla Puqaçova İsraili tərk etdi - ABŞ-a qızının yanına gedir

Məşhur müğənni Alla Puqaçova aparıcı və şoumen əri Maksim Qalkinlə birlikdə Amerika Birləşmiş Ştatlarına getməyi qərara alıblar.

Oct 2, 2024 - 18:20
Alla Puqaçova İsraili tərk etdi - ABŞ-a qızının yanına gedir

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat verib. 

Mənbə bildirib ki, yaradıcı cütlük bu qərarı İsraildə vəziyyətin gərginləşməsi fonunda qəbul edib. Maksim Qalkin İsraildə planlaşdırdığı bütün çıxışlarını ləğv edib.

Onlar Alla Puqaçovanın müğənni qızı Kristina Orbakaytenin yanına gedəcəklər. Kristina Orbakayte ABŞ vətəndaşı olan əri ilə Amerikada yaşayır. Bir müddət əvvəl o, Rusiya səhnəsində vida konserti ilə çıxış etmişdi. 
Qeyd edək ki, İsraildə məskunlaşan digər musiqiçi – “Maşina vremeni” qrupunun yaradıcısı Andrey Makaroviçi də bu yaxınlarda Birləşmiş Ştatlarda görüblər. 

Xatirə SADİQ