Zaxarova Boris Consona qəzəbləndi – “İfritə məclisi...”

“Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Ukraynanın NATO-ya qəbil edilməsinə çağırış etməsi münaqişənin qızışdırılmasıdır”. 

Oct 2, 2024 - 18:28
Zaxarova Boris Consona qəzəbləndi – “İfritə məclisi...”

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. 

Consonun “Spectator” jurnalı üçün yazdığı məqaləni şərh edən Zaxarova deyib ki, keçmiş baş nazirin Kiyevə dərhal NATO üzvlüyünün verilməsi çağırışı alyansla Rusiya arasında birbaşa silahlı münaqişəyə təhrikdir. O, əlavə edib ki, Conson öz mühakimələrində həyatların qorunmasını rəhbər tutmur.

Zaxarova həm də Britaniya hökumətinin keçmiş rəhbərinin Rusiyanı sevməsi ilə bağlı sözlərindən də danışıb. Onun sözlərinə görə, Consonun bu açıqlaması “ingilis-sakson ifritə məclisində uydurulmuş xəbərdir”.
Qeyd edək ki, Boris Conson “Spectator” jurnalı üçün yazdığı məqalədə Ukraynanı dərhal NATO-ya qəbul etməyə çağırıb.

Xatirə SADİQ