Bill Kliton prezident Trampa müraciət etdi - “Sakitləşdir…”

ABŞ-nin 42-ci prezidenti Bill Klinton Ağ Evin hazırkı rəhbəri Donald Trampı İsrail və İran arasındakı münaqişəni “sakitləşdirməyə” çağırıb. 

Jun 21, 2025 - 15:04
Bill Kliton prezident Trampa müraciət etdi - “Sakitləşdir…”

SAVASHMEDİA.az xəbər verir ki, keçmiş prezidentlə müsahibə Fox News-un “The Daily Show” proqramında yayımlanıb 

Bill Klinton hesab edir ki, ABŞ prezidenti və İsrailin baş naziri Benyamin Netanyahu “tam miqyaslı regional fəlakətə” səbəb olmamaq üçün məsuliyyət daşıyırlar. O, Trampı “mülki əhalinin açıq-aşkar, daimi qətlə yetirilməsi”nə son qoymağa çağırıb.

“Biz Yaxın Şərqdəki dostlarımızı əmin etməliyik ki, onların yanında olacağıq və onları qoruyacağıq. Amma biz günahsız mülki insanların qurban olduqları elan edilməmiş müharibələri dəstəkləməyəcəyik”, - deyə keçmiş president vurğulayıb. 

Klinton hesab edir ki, İsrail hökumətinin başçısı hazırda sülhdə maraqlı deyil: “Cənab Netanyahu çoxdan İranla döyüşmək istəyir, çünki bu yolla o, həmişəlik hakimiyyətdə qala bilər. Mən onu nəzərdə tuturam ki, o, son 20 ilin çoxunda orada olub”.

Netanyahu bu yaxınlarda bildirib ki, İran Trampı iki dəfə öldürməyə cəhd edib, onun özünə isə yataq otağına raket atmaqla sui-qəsd etməyə çalışıb. 

Xatirə SADİQ