“Orbanın Ukrayna “referendum”u iflasa uğradı” – Macarıstan müxalifəti

“Macarıstan hökumətinin Ukrayna üzrə ölkənin baş naziri Viktor Orbanın komandası tərəfindən təşkil edilmiş “referendum”u iflasa uğrayıb”.

Jun 21, 2025 - 14:50
“Orbanın Ukrayna “referendum”u iflasa uğradı” – Macarıstan müxalifəti

SAVASHMEDİA.az xəbər verir ki, bunu Macarıstanın müxalifətdə olan “Tisa” partiyasının sədri Peter Madyar “Facebook”da yazıb. 

Madyar bildirib ki, səsvermədə 600 mindən çox insan iştirak edib və nəticələr saxtalaşdırıla bilər.

“Bu, Milli məsləhətləşmələrin bütün tarixində ən aşağı nəticədir. Özü də bu, kampaniyanın bir neçə ay davam etdiyi, ümumilikdə səfərbərlik və on milyardlarla dövlət vəsaitlərinin yandırıldığı şəraitdə baş verib”, - deyə macar siyasətçi vurğulayıb.

Madyar diqqətə çatdırıb ki, səsvermə üçün bir guşə belə açılmayıb, heç bir açıq görüş təşkil olunmayıb, yalnız məktublar göndərilib və bahalı reklam kampaniyası aparılıb.

Madyar hesab edir ki, belə “referendum”a xərclənən 10 milyard forint (təxminən 28,6 min dollar) dövlət tərəfindən xəstəxanaların təmirinə və ya dəmir yollarının modernləşdirilməsinə yönləndirilə bilərdi.

“İflasa uğramış korrupsioner hakimiyyət insanların real problemləri ilə maraqlanmır, onların gözünün içinə baxmağa cürət etmir. O yalnız məktub yazır", - deyə siyasətçi istehza edib.

Qeyd edək ki, mart ayında Macarıstanın baş naziri Viktor Orban ölkəsində Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə dəstək ilə bağlı sorğu elan edib. Aprelin 19-da macarlara milli məşvərətçi səsvermə üçün bülletenlər göndərilməyə başlanıb və birbaşa əleyhinə səs verməyə çağırış edilib.

Yeri gəlmişkən, Viktor Orban açıq şəkildə Ukraynanın Aİ üzvlüyünün əleyhinə səs verib. 

Xatirə SADİQ