"Putin və Si Cinpin mənə söz verdilər, onlara inanıram" - Tramp
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin ona İrana silah satmayacaqlarına dair söz veriblər.
SAVASHMEDIA.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, Pekində Si Cinpinlə son görüşündə Çin lideri İrana silah satmayacaqlarını və bu qadağanın Çin şirkətlərinə də aid olduğunu deyib.
Tramp həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putin də ona İrana silah verməyəcəklərini deyib.
Tramp Si Cinpin və Putinin verdikləri sözə inandığınıvurğulayıb.
Tramp hesab edir ki, Çin və Rusiyanın İrana silah satmaması hər iki ölkənin maraqlarına xidmət edir.
Oğuz