İki nazirlikdən həftəsonu XƏBƏRDARLIĞI - 41 dərəcəyə hazır olun, bunları etməyin

Azərbaycanda həftəsonu gözlənilən kəskin isti hava şəraiti ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi əhaliyə xəbərdarlıq edib.

Jul 24, 2026 - 23:43
İki nazirlikdən həftəsonu XƏBƏRDARLIĞI - 41 dərəcəyə hazır olun, bunları etməyin

SAVASHMEDIA.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, şənbə və bazar günləri havanın temperaturu bəzi rayonlarda 41 dərəcəyədək yüksələcək. 

Bildirilib ki, yüksək temperatur, quraqlıq və küləkli hava meşələrdə, əkin sahələrində və açıq ərazilərdə yanğın riskini xeyli artırır.

Nazirliklər vətəndaşlara meşə və meşəətrafı ərazilərdə tonqal qalamamağı, quru ot və tullantıları yandırmamağı, siqaret kötüklərini ətrafa atmamağı tövsiyə ediblər. Həmçinin elektrik şəbəkəsini həddindən artıq yükləməmək, nasaz elektrik avadanlıqlarından istifadə etməmək və həyətləri quru otlardan təmiz saxlamaq vacib sayılıb.

Qeyd olunub ki, tüstü və ya yanğın əlaməti müşahidə edilərsə, bu barədə dərhal aidiyyəti dövlət qurumlarına məlumat verilməlidir. Xatırladılıb ki, kiçik bir ehtiyatsızlıq genişmiqyaslı yanğınlara və ağır ekoloji fəsadlara səbəb ola bilər.

Aytən