Tramp İraqın baş nazirindən İrana söz göndərdi - RƏDD EDİLDİ

ABŞ Prezidenti Donald Trampın vasitəçilərlə İrana göndərdiyi müvəqqəti atəşkəs təklifinin Tehran tərəfindən rədd edildiyi bildirilir.

Jul 24, 2026 - 21:58
Tramp İraqın baş nazirindən İrana söz göndərdi - RƏDD EDİLDİ

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən təklif Tehrana İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani vasitəsilə çatdırılıbmış.

Məlumata görə, İran rəhbərliyi təklifi "müvəqqəti həll" hesab edərək onu qənaətbəxş saymayıb. İranın xarici işlər naziri Abbas Əraqçı ölkəsinin təzyiq altında qərar verməyəcəyini və danışıqların yalnız İranın maraqları nəzərə alınacağı təqdirdə mümkün olacağını vurğulayıb.

Bu arada Donald Tramp da İranın hələ razılaşmaya hazır olmadığını bəyan edib və Tehranın "kifayət qədər təzyiq hiss etmədiyini" söyləyərək daha sərt addımların istisna olunmadığını bildirib.

Oğuz