Ekspertlər Trampla Putinin bədən dilini analiz edəcəklər

Dünyanın müxtəlif ölkələrindən olan ekspertlər Vladimir Putinlə Donald Tramp arasında keçirilən görüş zamanı onların bədən dilini təhlil etmək niyyətindədirlər.

Aug 15, 2025 - 22:06
Ekspertlər Trampla Putinin bədən dilini analiz edəcəklər

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazır.

Nəşr xatırladır ki, Ukrayna böhranının başlanğıcında Tramp Putinin hərəkətlərininin kifayət qədər ağıllı olduğunu bildirib. Lakin bu yaxınlarda o, Rusiya ilə danışıqların mürəkkəbliyindən məyus olduğunu bildirib.

"Həmişə olduğu kimi, Trampın davranışlarını proqnozlaşdırmaq çətindir. Bunun Rusiya üçün hansı nəticələrinin olacağı bəlli deyil. Bu və ya digər şəkildə Alyaskada keçirilən birgə mətbuat konfransında Tramp və Putinin tonu və bədən dili diqqətlə təhlil ediləcək", - məqalə müəllifləri vurğulayırlar.