Türkiyə Rusiyanı hədəf alır? - Yeni “Yıldırımhan” raketi kimə tuşlanıb?
“Türkiyənin yeni qitələrarası ballistik raketi olan “Yıldırımhan” Rusiyaya qarşı istifadə oluna bilər”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “MWM” nəşri yazıb.
Nəşr qeyd edib ki, raketin ehtimal olunan uçuş məsafəsi təxminən 6000 kilometrdir. Bu da “Yıldırımhan”ı orta mənzilli ballistik raketlərlə qitələrarası ballistik raketlər arasında bir mövqeyə yerləşdirir. Raket 9 maxdan 25 max (səsdən 20 dəfə sürətli-red) sürətə çata bilir.
NATO üzvü olan Türkiyənin yeni raketini təqdim etməsi hərbi alyansın Rusiyaya qarşı zərbə imkanlarını gücləndirdiyi bir dövrə təsadüf edir. Ballistik raketin təqdimatı onun və ya daha qısa mənzilli gələcək modifikasiyalarının NATO-nun digər üzvlərinə təklif olunması ehtimalını artırır.
Nəşr qeyd edib ki, bütün bu üstünlüklərlə yanaşı, “Yıldırımhan” qabaqcıl texnologiya hesab edilmir. Buna səbəb isə raketin mühərriklərinin maye yanacaqla işləməsidir. Bu da buraxılışa hazırlıq müddətini uzadır və qurğunu qabaqlayıcı zərbələrə qarşı daha həssas edir. Rəqib istehsalçılar isə artıq uzun müddətdir bərk yanacaqlı texnologiyalara keçid ediblər.
“MWM” Türkiyənin bu sahədə texnologiyaları inkişaf etdirmək üçün tərəfdaş dəstəyinə ehtiyacının olduğunu da qeyd edib.
Xatırladaq ki, Türkiyənin ilk ən uzunmənzilli ballistik raketi olan “Yıldırımhan” “SAHA 2026” sərgisində təqdim olunub. Raketin gövdəsində Yıldırım Bayazidin tuğrası, baş hissəsində isə Mustafa Kamal Atatürkün imzası əks olunub.
Banu
Посмотреть эту публикацию в Instagram