Berlində “Rusiya Putinə qarşı” şüarı ilə yürüş olacaq

Rusiya müxalifəti Berlində “Rusiya Putinə qarşı” şüarı altında yeni etiraz yürüşü keçirəcək. 

Jan 30, 2025 - 12:16
Berlində “Rusiya Putinə qarşı” şüarı ilə yürüş olacaq

SAVASHMEDİA.az “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, bu barədə müxalifət lideri İlya Yaşin “telegram” kanalında bildirib. 

Onun sözlərinə görə, martın 1-nə planlaşdırılan aksiya ilə bağlı bildiriş artıq Berlindəki hakimiyyət orqanlarına təqdim edilib.

Yaşin qeyd edib ki, yürüş Potsdam meydanından başlayaraq Rusiya səfirliyinin yanından keçəcək və Brandenburq qapısında başa çatacaq. Bu şəhərin tam mərkəzidir.

Yürüşün təşkilatçıları rusiyalı müxalifətçilər İlya Yaşin, Yuliya Navalnaya və Vladimir Kara-Murzadır. 

Xatırladaq ki, ötən il noyabrın 17-də onlar Berlində müharibə əleyhinə yürüş keçiriblər. Bir neçə min rusiyalının qatıldığı yürüşdə “Putinsiz Rusiya” və “Müharibəyə yox!” şüarları səsləndirilmişdi.

Xatirə SADİQ