Bu ölkədə güclü tufan dağıntılar törətdi - - FOTOLAR
Slovakiyanın şərqində dünən axşam baş verən güclü tufan bir çox ərazilərdə böyük dağıntılara səbəb olub.
SAVASHMEDİA.az bu barədə "Aktuality" portalına istinadən xəbər verir.
Güclü qasırğanın səbəb olduğu dağıntılara görə Slovakiyanın şərqində bir neçə bölgədə fövqəladə vəziyyət elan edilib.
Yerli hakimiyyət orqanları zərər çəkmiş şəhər sakinləri üçün yardım toplanılmasını elan edib. İlkin hesablamalara görə, 400-ə yaxın insanın əmlakına ciddi ziyan dəyib.
Güclü külək Polşanın cənub-şərqinə də ziyan vurub, yerli fövqəladə hallar xidmətləri təxminən 2000-ə yaxın çağırış alıb. Dörd nəfər xəsarət alıb, 300-dən çox dam örtüyü zədələnib.
Fransanın cənubunda 1500 hektardan çox ərazini əhatə edən meşə yanğını ilə mübarizə aparılır, Türkiyədə isə son 10 gündə 760-dan çox yanğın baş verib.
Xatirə SADİQ