Trampdan Zelenskiyə: “Mən belə göstəriş verməmişdim”

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə sonuncu telefon danışığı zamanı onu əmin edib ki, Amerikanın Ukraynaya yardımının dayandırılması onun şəxsi göstərişi ilə baş verməyib.

Jul 8, 2025 - 13:56
Trampdan Zelenskiyə: “Mən belə göstəriş verməmişdim”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Amerika və Ukrayna prezidentlərinin 4 iyul tarixli söhbəti ilə tanış olan məmurlara istinadən nəşr diqqətə çatdırıb ki, Tramp Ukraynaya əvvəlcədən razılaşdırılmış yardımın çatdırılmasında yaranmış fasilədə şəxsi iştirakını inkar edib. O, Zelenskiyə bildirib ki, yardımın dayandırılmasına görə “məsuliyyət daşımır”.

ABŞ prezidenti qeyd edib ki, İrana endirilən zərbələrdən sonra Pentaqonun silah anbarlarında ehtiyatların yenidən dəyərləndirilməsi barədə göstəriş verib, lakin silah tədarükünün dondurulmasına göstəriş verməyib.

Xatirə SADİQ