“Biz müharibə istəmirik” – Məsud Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian İsrailə qarşı daha böyük müharibədə Rusiya və Çinin ölkəsinə kömək edib-etməyəcəyinə dair suala birbaşa cavab verməyib.

Jul 8, 2025 - 13:51
Jul 8, 2025 - 13:52
“Biz müharibə istəmirik” – Məsud Pezeşkian

SAVASHMEDİA.az xəbər verir ki, bu, Pezeşkianın amerikalı jurnalist Taker Karlsona müsahibəsi zamanı baş verib. 

“Biz həmişə Allaha təvəkkül etmişik, Allaha təvəkkül edirik və özümüzü müdafiə etmək və ayaq üstə durmaq, ölkəmizi, ərazi bütövlüyümüzü qanımızın son damlasına qədər müdafiə etmək gücündəyik. Dəfələrlə qeyd etdiyim kimi, biz müharibə istəmirik. Biz nüvə silahı hazırlamaq istəmirik”, -  İran prezidenti vurğulayıb.

Xatirə SADİQ