Trampın ümidli sülh açıqlamasına Kremldən tərs cavab - "Hazır deyilik"

“Rusiya Ukrayna ilə münaqişənin həlli üçün vaxt çərçivəsi barədə danışmağa hazır deyil”. 

Apr 21, 2025 - 16:24
Trampın ümidli sülh açıqlamasına Kremldən tərs cavab - "Hazır deyilik"

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yerli KİV-lərə bildirib.

Bu həftə Moskva ilə Kiyev arasında sazişin bağlanmasını istisna etməyən ABŞ prezidenti Donald Trampın bəyanatına münasibət bildirən Kremlin sözçüsi bildirib ki, indi bununla bağlı hansısa şərh vermək istəmir. 

“Prezident Putin və Rusiya tərəfi sülh yolu ilə nizamlanma axtarışlarına açıqdır”, - deyə o, vurğulayıb. 

Donald Tramp aprelin 20-də bildirib ki, Rusiya və Ukraynanın bu həftə razılığa gələcəyinə ümid edir.

Xatirə SADİQ