Ərdoğan müşavirinin Maduro ilə bağlı hansı paylaşımını sildirib? - FOTO
CHP sədri Özgür Özel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Nikolas Maduro ilə bağlı sərt tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, Çankırı mitinqində çıxış edən Ö.Özel Ərdoğanın Trampdan qorxduğunu bildirib:
“ABŞ Venesuelaya qarşı xüsusi əməliyyat keçirdi. Nikolas Maduro ölkədən çıxarıldı. Maduro ədalətli seçkilər keçirmədiyi vaxt səhv edirdi, həmin vaxt Ərdoğan ona “qardaşım Maduro”, “dostum Maduro” deyirdi. Bu gün isə Ərdoğan Trampın Venesueladakı çevrilişi barədə bir kəlmə belə deyə bilmədi.
Ərdoğan Maduro səhvlər, ədalətsizliklər edərkən də bir söz deməmişdi, bu gün Venesuelaya qarşı səhv edilərkən, ABŞ BMT nizamnaməsini pozarkən də Trampdan qorxduğu üçün bir kəlmə deyə bilmədi. Müşaviri ABŞ əməliyyatına qarşı çıxan bir tvit yazdı, onu belə sildirdi. Trampı rejimi dünya nizamı ola bilməz”.
Qeyd edək ki, ABŞ bu gün Venesuelaya hücum edib. Keçirilən xüsusi əməliyyatla Prezident Nikolas Madura və xanımı ələ keçirilərək ABŞ-yə aparılıb.
Banu
silinən tvit